Ölü | Gi de Mopassan

Mən onu dəlicəsinə sevirdim. Biz niyə sevirik?
Bu boyda dünyada yalnız bir nəfəri görmək, beynində yalnız bir fikrin olması, ürəyində bir istəyin olması və dilində yalnız bir adın olması qəribə deyilmi?
Bu ad bulaqdan su sızar kimi daim ürəyinin içindən dodaqlarına qalxır, sən onu dua kimi həmişə, hər yerdə, durmadan təkrarlayırsan, pıçıldayırsan.
Hekayəmizi danışmayacağam.
Məhəbbətin həmişə eyni hekayəsi olur, elə o da təkrarlanır. Mən onu gördüm və sevdim.
Ardı →

Qəbirbazlar / Gi de Mopassan

Beş dost təzəcə nahar edib qurtarmışdı. Onların beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi isə hələ subay idi. Dostlar hər ay görüşür, gənclik illərini yadlarına salırdılar. Nahardan sonra söhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birlikdə vaxtları xoş keçirdi, bır yerə toplaşdıqları axşamları ömürlərinin ən yaxşı çağı hesab edirdilər. Hər şeydən danışırdılar, parisliləri maraqlandıran, əyləndirən her şeydən.
Bütün başqa salonların əksəriyyətində olduğu kimi onlar da səhər qəzetlərindəki yazılardan başlayıb söhbəti uzadırdılar.


Ardı →

Gi de Mopassan

Mopassanın gəncliyinin şahidləri olan Zolya, ya da Floberə desəydilər ki, onun kitabları sevgidən yazılan romanlardan ən yaxşıları sayılacaq, onlar buna xeyli gülərdilər. Çünki möhkəm bədənli, valeh edici bığları olan unter zabit Mopassan qədər romantik sevgiyə nifrət edən çətin tapılardı. Seçməli olsaydı böyük hərflərlə yazılacaq sevgini o, böyük məmnuniyyətlə kobud, cismani sevgiyə düşünsmədən qurban verərdi. O, qadını «şüursuz və təbii şəkildə bədənini ikrah duymadan bağışlayan əbədi fahişə» hesab edirdi. Lev Tolstoyun fikrinə görə «Mopassan kimi qadını həyatın mənası hesab edən, yaşamın mənasını sevgidə görən ikinci yazıçı çətin tapıla. Amma onun kimi həyatın ən gözəl, ali tərəflərini təsvirində ən dəhşətli və eybəcərliklərini bu qədər aydın və dəqiq təsvir etmiş ikinci yazıçı olsun».
Davamı →

Gi de Mopassan-Kəndə səfər

Ən sentimental fransız yazıçısı Gi de Mopassanın «Kəndə Səfər» yazısı ən romantik,ən təsirli povestlərdəndir.İnsan taleyi,insan psixologiyası haqqında çox gözəl bu əsəri oxumaqla heç nə itirməyəcəksiniz.10 dəqiqə sərf etsəniz də,çox güclü təssürat alacaqsınız.


Beş aydan bəri Düfurlar ailəsi xanım Düfur Petrolinin ad günündə Paris ətrafındakı mənzərəli yerlərdən birində nahar etməyi qərara almışdı. Səfəri çoxdan, səbirsizliklə gözləyirdilər, təyin olunmuş günün səhəri hamı erkən qalxmışdı.
Cənab Düfur süd satanın arabasını kirayə götürmüşdü, özü sürürdü. Araba iki təkərli idi, tərtəmizdi. Üst örtüyü dörd dəmir dayağın üzərinə bərkidilmişdi, yanları pərdəli idi, amma pərdələri yığmışdılar ki, ətraf yaxşı görünsün. Təkcə arxa tərəfin pərdəsi yığılmamışdı. Bayraq kimi yellənirdi.
Arvad ərinin yanında oturmuşdu, qırmızımtıl ipək don geymişdi, gözləri gülürdü. Arxada iki kətilin üstündə qoca nənə və gənc bir qız oturmuşdu. Ortada sarı bir oğlan başı da görünürdü. Kətil olmadığından o, arabanın oortasında qıçlarını qatlayıb oturmuşdu, təkcə başı görünürdü. Şan-Elize prospekti ilə gedib, Mayyo qapısını keçəndən sonra ətrafı tamaşa eləməyə başladılar.
Nöyi körpüsünə çatanda cənab Düfur dilləndi:
— Axır ki, kənd yerinə çatdıq.


Ardı →